"Deloitte & Touche" Sahibkarlığın İnkişafı Fonduna məsləhət verəcək
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “İdarəetmənin avtomatlaşması üzrə yeni proqram təminatının hazırlanması və mövcud proqram təminatlarının vahid mərkəzə birləşdirilməsi” layihəsinin həyata keçirilməsində təhlil, layihələndirilmə, layihənin idarə edilməsi, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində konsaltinq xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Deloitte & Touche" MMC-dir.
Qalib şirkətə 177,7 min manat ödəniləcək.