Bank

Fermerə nə qədər kredit verilib?

Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələr və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətində “2018-ci ilin yekunu ilə bağlı hesabat konfransı keçirilib.

"BI" xəbər verir ki, konfransda çıxış edən Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, cari ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq (84), və bağçılıq(19) ilk yerləri tutub. Kredit portfeli isə 10 bank, 11 bank olmayan təşkilat, 19 kredit ittifaqında yerləşdirilib. Bu müddət ərzində sahibkarların təklif etdiyi 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb. Heyvan sağlamlığı üzrə brusellyoz xəstəliyi ilə mübarizə məqsədilə peyvəndləmə aparan baytarlar vaksin, əl soyuducuları və s. ilə təmin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)