“Kapital Bank”ın BOKT-u yenidən kapital artımına gedir – Son bir ildə 12 dəfə böyüdüldü!
“Kapital Bank” ASC-nin törəmə maliyyə təşkilatı “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırılıb.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, “BirKart” BOKT-un nizamnamə kapitalının həcmi 1 milyon 75 min manat, yaxud 21.5 faiz artırılıb.
BOKT-un nizamnamə kapitalı mart ayının sonuna olan göstəriciyə görə 6 milyon 65 min manata (6 065 000) çatdırılıb.
Sonuncu dəfə ötən ilin 2021-ci ilin yanvarında kapital artımına gedilmişdi. Həmin zaman BOKT-un kapitalı 16.6 faiz artımla 4 milyon 280 min manatdan 4 milyon 990 min manata qədər artırılmışdı.
BOKT 2020-ci ilin iyununda nizamnamə kapitalı üzrə 2 dəfə artım qərarı vermişdi. Həmin ilin iyununda 5.5 dəfə artımla 2.75 milyon manata, sentyabrında isə 81.5% artımla 4 280 min manata çatdırılmışdır.
Beləliklə son bir ildə nizamnamə kapitalını 12 dəfədən çox artırdı.
“BirKart BOKT” 2018-ci ilin mayında yaradılıb, kapitalının 100%-i “Kapital Bank”a məxsusdur.