Bank

Azərbaycanda bank işçilərinin sayı bir ildə min nəfərdən çox azalıb

Azərbaycanda 2021-ci ilin fevral ayında bank işçilərinin sayı 18 724 nəfər olub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.

2020-ci ilin fevralında isə bank işçilərinin sayı 19 757 nəfər olub. Belə ki, illik müqayisədə bu il bank işçilərinin sayı 1 033 nəfər azalıb.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Onu da bildirək ki, aylıq müqayisədə isə işçilərin sayı eyni qalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)