Bank

Azərbaycanla Pakistanın maliyyə-bank sahəsində - ƏLAQƏLƏRİ ARTIRACAQLAR

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov ilə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib.

ENA.az xəbər verir ki, görüş zamanı iki dost ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd edilib, eyni zamanda, iqtisadi əlaqələrin, xüsusilə maliyyə-bank sektorları arasında əlaqələrin genişlənməsinin vacibliyi və əhəmiyyəti bir daha vurğulanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar barədə danışan E.Rüstəmov Azərbaycan maliyyə sektorunun sabit və davamlı fəaliyyəti və inkişafı istiqamətində həyata keçirilən geniş layihələr barədə səfirə ətraflı məlumat verib.

Səfir B.Haye öz növbəsində hər iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edərək Pakistan və Azərbaycan arasında mövcud əməkdaşlığın və əlaqələrin intensivliyinin daha da artırılmasının və gələcəkdə uğurla davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Eyni zamanda, hər iki ölkənin maliyyə-bank sektoru arasında əməkdaşlığının daha da genişləndirilməsinin ölkələrimizin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.(AZERTAC)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)