Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Azərbaycanda təkrarsığorta bazarının inhisarçısı vəziyyətini açıqladı: ödənişləri 2,9 dəfə artıb | ENA.az
Sığorta

Azərbaycanda təkrarsığorta bazarının inhisarçısı vəziyyətini açıqladı: ödənişləri 2,9 dəfə artıb

2020-ci ildə “AzRe Təkrarsığorta” şirkətinin təkrar sığorta üçün alınmış sığorta haqları 69 milyon 318 min 588,5 manat təşkil edib. 

Xatırladaq ki, 2019-cu ildə “AzRe Təkrarsığorta” şirkətinin təkrar sığortaya qəbul etdiyi risklərin həcmi 57 milyon 801 min 346,02 manat təşkil edirdi. Yəni 2020-ci ildə şirkətin topladığı təkrar sığorta haqları 19,9% artıb.

“AzRe Təkrarsığorta”nın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 48 milyon 565 min 150,69 manat olub, bu isə 2019-cu illə müqayisədə 19,6% azalma deməkdir.

Ötən il şirkətin xərcləri 68,8% artaraq 48 milyon 13 min 746,86 manat təşkil edib. Sığorta hadisələri üzrə ödənişləri isə 2,9 dəfə böyüyüb və 23 milyon 844 min 191,42 manata çatıb. Sığorta işinin aparılması xərcləri 10 milyon 782 min 607,28 manat, təkrar sığortaya verilən sığorta haqları 12 milyon 371 min 241,92 manat təşkil edib. 

2020-ci ildə “AzRe Təkrarsığorta” şirkətinin vergi ödənilənədək mənfəəti 551 min 403,83 manat olub. 396 min 859,26 manat məbləğində mənfəət vergisi ödənildikdən sonra xalis mənfəəti 154 min 544,57 manat təşkil edib. 

Maliyyə hesabatına əsasən, 2020-ci ildə şirkətin aktivləri 3,4% - 128 milyon 413 min 381,05 manata qədər, öhdəlikləri 89,4% - 59 milyon 358 min 451,41 manata qədər artıb, kapitalı 25,6% azalaraq 69 milyon 54 min 929,64 manata düşüb. 2020-ci ildə dövlət qiymətli kağızlarına investisiya portfelini 24% artıraraq 37 milyon 285 min 458,16 manata yüksəldib.

“AzRe Təkrarsığorta”nın nizamnamə kapitalı 50 milyon manat səviyyəsində qalıb. 

“AzReTəkrarsığorta” ASC Azərbaycanın sığorta bazarında təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir, yəni inhisarçıdır.

Eyni zamanda 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin 6,5 milyon dollara alınmasına dair sövdələşmə edib. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. “AzReTəkrarsığorta” şirkəti eyni zamanda “Qala Həyat Sığorta” şirkətinin səhmdarıdır. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)