Vakansiyalar

Menecer işləmək istəyənlərin nəzərinə - İŞ VAR

Sumqayıt  Texnologiyalar Parkı işçi axtarır.
Vəzifənin adı : Alüminium və mis profillərin satışı üzrə Menecer

Vəzifə öhdəlikləri:

• Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Müəssisənin uğurlu imicinin yaradılması;
• Biznes proseslərinin təkmilləşdirilməsi;
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Təhsil/Təcrübə: 

• Ali təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı 
• Alüminium və mis profillərin satışı üzrə təcrübə mütləqdir;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan və Rus dillərində sərbəst danışmalı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Alüminium və mis profillərin satışı üzrə Menecer“ yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. 
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department