Sığorta

“Qala Sığorta” nizamnamə kapitalını artırır

Aprelin 20-də, saat 12:00-da “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“ENA” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 6 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması və bununla bağlı digər məsələlər, eləcə də cari məsələlər daxildir.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % "AzReTəkrarsığorta" ASC-yə ("Qala Həyat Sığorta" ASC-nin 90%-lik səhmdarı) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)