Birja

Qızılın qiyməti son iki həftənin maksimumuna çatıb

Qızıl fyuçersləri çərşənbə axşamı son iki həftənin maksimum səviyyəsində bağlanış edib.

“ENA” “Prime”a istinadən xəbər verir ki, Nyu Yorkun COMEX birjasında qızılın aprel fyuçersləri 1,7 ABŞ dolları və ya 0,1 % artaraq bir unsiya üçün 1 730,9 ABŞ dolları səviyyəsinə çatıb və bu, martın 2-dən bəri ən aktiv ticarət olunan müqavilələr üçün ən yüksək göstəricidir.

Bunda başqa, palladiumun iyun fyuçersləri çərşənbə axşamı 5 % artaraq bir unsiya üçün 2 491,9 ABŞ dollarına çatıb ki, bu da yanvar ayından bəri ən yüksək göstəricidir. Platiniumun aprel fyuçersləri də artım (0,8 %) nümayiş etdirib və bir unsiya üçün 1 219,1 ABŞ dollarına çatıb.

Gümüşün və misin may fyuçersləri isə uyğun olaraq 1,1 % və 1,7 % dəyər itirərək bir barel üçün 26 ABŞ dolları və bir funt üçün 4,07 ABŞ dolları düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)