Qarabağ

Ağdamda 5 nəfər minaya düşdü: Ölən və yaralananlar var

Ağdam rayonunda 5 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.

ENA.az Trend-ə istinadənməlumat verir ki, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı bir nəfərin ölüb, dörd nəfər isə xəsarət alb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)