Ötən il koronavirusla bağlı səhiyyə xərcləri açıqlandı
2020-ci ildə Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar səhiyyə xərclərinə 644 milyon manat yönəldib.
“ENA” xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında bildirib.
Bundan başqa, o deyib ki, ölkə prezidentinin sərəncamı ilə yaradılmış Koronavirusa Qarşı Mübarizə Fonduna 114 milyon manat vəsait toplanıb.