Vakansiyalar

Bu vəzifələr üzrə işçilər axtarılır - 10 VAKANSİYA

VAKANSİYA 1

Şirkət Kontakt Home

Vəzifə: Direktor köməkçisi

Əmək funksiyaları:

• Görüş və iclasların planlaşdırılması və təşkili;
• İclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
• Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlili;
• Hesabatların hazırlanması;
• İş yazışmalarının aparılması;
• Sənədlərin hazırlanması;
• İşgüzar səfərlərin təşkili və inzibati dəstək;
• Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini səllis bilməli;
• Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
• MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
• Analitik bacarıqlar;
• Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
• Yüksək ünsiyyət bacarıqları.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

İş barədə məlumat:

• İş vaxtı: I-V günlər, saat 09:00-18:00;
• Əmək məzuniyyəti qanunvericiliyə uyğun olaraq verilir;
• Korporativ telefon və notbuk təmin edilir.
• Əmək haqqı: 1000-2000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://qlor.me/kko2z7b6

 

VAKANSİYA 2

HM Interiors - İnteryer üzrə dizayner (mütəxəssis) axtarılır.

İş barədə məlumat:

• İş qrafiki – 09.00 – 18.00 / 5 gün
• İstirahət günü – Şənbə, Bazar

Tələblər:

• 3D görünüş (3D render) etməyi bacarmalı.
• Verilmiş layihənin tez bir zamanda və keyfiyyətli formada öhdəsindən gəlməli.
• Yaradıcı düşüncəyə sahib olmalı.
• Daim yenilikçi olmalı.
• Ərazilərdə ölçü götürməyi bacarmalı.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələb olunan proqramlar:

• Autocad / ArchiCad
• 3D Max
• Vray / Corona
• Photoshop / Indesign / Lightroom

İş təcrübəsi:

• 2 ildən yuxarı

Yaş həddi:

• 20 – 35 yaş

Əmək haqqı:

• 600 – 1200 azn aralığı

E-mail: hilal.malikzadeh@gmail.com

 

VAKANSİYA 3

Şirkət 166 Yükdaşıma və Logistika

Vakansiya: Marketinq üzrə menecer

Vəzifə öhdəlikləri:

• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
• Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi;
• Mütəmadi olaraq bazarın izlənilməsi və yeni imkanların aşkarlanması;
• Bazarın dinamikasına uyğun çevik həllərin təklif edilməsi;
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi;
• Görülmüş işlərin analizlərinin aparılması və hesabatların hazırlanması.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələblər:

• Bu sahədə minimum 2 il peşəkar təcrübə;
• Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı;
• Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır);
• Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir;
• Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).

İş barədə məlumat:

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər
• Əmək haqqı: 1500-2000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=96

 

VAKANSİYA 4

Şirkət “AzerGold” QSC

Vakansiyanın adı: Sosial media üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Rəqəmsal və sosial media platformaları üçün kreativ kontent (mətn, foto, video, gif) yaratmaq;
• Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi;
• Sosial media təqvimi planlaşdırmaq,hazırlamaq və tədbirlərin mövzusuna, vaxtına uyğun effektiv qrafik qurmaq;
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
• Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq;
• Şirkətin sosial şəbəkə hesablarının aylıq nəticələri haqqında hesabatların hazırlanması;
• Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Qrafik dizayn qabiliyyəti; (Adobe İllustrator, Adobe Photoshop, Corel Draw proqramlarından ən az birini peşəkar səviyədə bilməli)
• Zövqlü və yaradıcı yanaşma qabiliyyəti;
• Video-animasiya işlərini bacarmaq üstünlükdür;
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır.), Adobe İllustrator, Adobe Photoshop, Corel Draw və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Sosial media mütəxəssis vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

VAKANSİYA 5

Şirkət Titan Group

Satınalma şöbəmizə gənc xanımlar axtarışındayıq.

- Satınalma üzrə şirkətlər arası yazışmalar aparacaq.

- Rus dilini mükəmməl bilən xanımlara üstünlük veriləcək.

- Yaş həddi-21-35

- Əmək haqqı 500 AZN

- Servis və nahar xidmətləri var

İş yeri: Binə qəsəbəsi, Yeni Suraxanı dairəsi, TİTAN Soyuducu zavodu.

Maraqlanan şəxslərdən cv-ni "Satınalma üzrə köməkçi" başlığı altında nargiz@titan.az ünvanına göndərmələri xahiş olunur.

 

VAKANSİYA 6

Şirkət BERC Group

Vəzifə Korporativ satış mütəxəssisi

Namizədə dair tələblər

- Ali təhsil
- Riyazi analitik təhlil qabiliyyətinin olması,
- MS Office proqramlarında sərbəst işləmək bacarığı,
- Komanda ilə işləmək bacarığı,
- Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması,
- Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi,
- Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması,
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri olanlara üstünlük verilə bilər ),
- Bank və BOKT təcrübəsi olan,vergi, mühasibat, maliyyə, gömrük, logistika və huquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük verilə bilər
- Satış üzrə minimum 2 illik iş təcrübəsinin olması.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifə öhdəlikləri

- Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqəni qurulması,
- Daxil olan sifarişlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi,
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması,
- Satış haqqında həftəlik və aylıq hesabatların hazırlanması.

Qeyd: Sabit əmək haqqı 400-600 AZN, namizədə görə əmək haqqı dəyişə bilər. İş yükündən və nəticədən asılı olaraq sabit əmək haqqına əlavə bonuslar olacaqdır.

Elanın bitmə tarixi: 31.03.2021

Şirkət: BERC GROUP MMC
www.bercgroup.az

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Tbilisi prospekti ,3007-ci məhəllə,44C
Tel: +994 12 555 14 85, +994 50 555 14 85

CV-lərinizi fotoşəkil ilə birlikdə sales@bercgroup.az elektron ünvana “ Korporativ satış mütəxəssisi ” başlığı altında göndərməyiniz mütləqdir.

 

VAKANSİYA 7

Şirkət Azerbaijan Poultry Company

Vəzifə: Satıcı

Öhdəliklər:

- Təyin olunmuş ticarət nöqətələrində şirkətimizə məxsus olan məhsulların satışını həyata keçirmək.
- Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaratmaq;
- Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq
- Müştərilərin suallarını cavablandırmaq;
- Satışın icrasını təmin etmək;

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələblər:

• Ali təhsil
• Satış qabiliyyətinin olması
• Çeviklik
• Ünsiyyətçil olmaq
• Növbəli iş rejimində çalışmaq

Departament: Kommersiya

Əmək haqqı: 400 + %

E-mail: hr@apc.az

 

VAKANSİYA 8

Construction Company

Vəzifə: Sahə rəisi (Prorab)

Tələblər:

• Ali təhsil: Memarlıq və İnşaat Universiteti, İxtisas: Mülki və sənaye tikintisi;
• 9 və 18 mərtəbəli binanın tikintisində iştirak etmiş, otel və ofis mərkəzlərinin və ya restoran və maqazinlərin təmir və tikintisində təcrübəsi olan namizədlər;
• AutoCad və s. lazım olan proqramlarda mükəmməl işləmək bacarığı;
• Konstruksiya layihəsini oxuya bilmək;
• Yaş həddi: 50 yaşa qədər.

Müraciət üçün: cv@hi-baku.com

 

VAKANSİYA 9

Şirkət ODAC LLC

Vəzifə və öhdəliklər:

1. Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası
2. Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması
3. Ofis ləvazmitalarının düzgün təchiz edilməsinə nəzarət
4. Görüşlərin təşkili
5. Kargüzarlıq işinin təşkili
6. Təmizlik işlərinin və daxili otaqların səliqəli saxlanmasına nəzarət edilməsi
7. Daxil olan zənglərin qəbulu və yönləndirilməsi
8. Gələn qonaqlarınn qarşılanması və yerləşdirilməsi
9. Ofis xərclərinin hazırlanması

Namizədə dair ümumi tələblər:

1. İşə məsuliyyətli yanaşma
2. Yüksək təşkilatçılıq bacarığı
3. MS Office (Outlook, Word, Excel) proqramlarından istifadə bacarığı
4. Azərbaycan dilini mükəmməl bilməli. (ingilis və rus dili biliyi üstünlükdür)

- Rəsmi iş qeydiyyatı
- 5 günlük iş qrafiki
- Əmək haqqı 500 AZN

Telefon: 050 552 87 23

Email: m.abdullayev@odac.az

 

VAKANSİYA 10

Şirkət “Collezione Italia

Vəzifə “Dizayner

Vəzifə barədə məlumat:

• Müxtəlif dizayn işlərinin hazırlanması;
• Kreativ düşüncəli, zövqlü olmalı;
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq müvafiq dəyişiklikləri tətbiq etməli;
• Aparılan işlər üzrə hesabatlar hazırlamalı;
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməli.

Tələblər:

- Ali təhsil (Memarlıq sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
- Proqram bilikləri: - Autocad , Archicad , 3D max mükəmməl bilməli.
- Dil bilgiləri: Azərbaycan, Rus dillərində yüksək yazılı və şifahi nitq;
- Zəruri hallarda ölçü götürmək üçün məkana getməli;
- Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
- Stresə davamlılıq, nəticə yönümlülük;
- Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Lyuks brendlərlə çalışmaq imkanı;
- Həftə ərzində 6 iş günü;Bazar günü – istirahət
- İş saatı: 10:00-19:00.
- Əmək haqqı: 900 AZN

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Dizayner” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department