Ordu Paşinyana tabe olmaqdan İMTİNA ETDİ
![](https://ena.az/uploads/news/2021-03/_ena_fa466dc934800edd250cf1e78_o.jpg)
Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefası tələbini yenidən təkrarlayıb.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ordu rəhbərliyi eks-Baş Qərargah rəisi Onik Qasparyanın müraciətində səslənən fikirlərə qoşulduğunu vurğulayıb:
“Ermənistan ordusunun rəhbərliyi general-polkovnik Onik Qasparyanın müraciətinə qoşulur və onun respublikadakı situasiyaya verdiyi qiyməti təsdiqləyir. Bu situasiyanın həlli birdir və müraciətdə göstərilib. Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın 10 martda səslənən müraciətindəki fikirləri silahlı qüvvələr üzərinə bir tapşırıq kimi götürür”- deyə ordunun açıqlamasında bildirilir.
Onik Qasparyanı eks deyil, hazırkı Baş Qərargah rəisi adlandırmaqla, Ermənistan ordusu Paşinyana tabe olmaqdan imtina etdiyini göstərib.