Qeyri-Bank

Azərbaycan hökuməti xaricdən 150 milyon dollar kredit alıb

Hökumətin 2020-ci il üçün hazırladığı hesabatda deyilir ki, 2020-ci ildə Azərbaycan hökuməti beynəlxalq və kommersiya maliyyə təşkilatlarından 150 milyon dollar məbləğində kredit təmin edən 2 kredit müqaviləsi imzalayıb.

Daha əvvəl xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan ümumilikdə 430 milyon dollarlıq 3 kredit müqaviləsi imzalamışdı.

"2020-ci ildə ölkədə məşğulluğu dəstəkləmək və ədliyyə sisteminin inkişafı, müasir məhkəmə infrastrukturu layihəsinin icrasına əlavə maliyyə dəstəyini həyata keçirmək üçün 150 milyon dollar məbləğində iki kredit müqaviləsi imzalandı. Hər iki kredit müqaviləsi Dünya Bankı ilə imzalanıb", - deyə bildirilir.

2020-ci ildə Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsinə 36,8 milyon dollar məbləğində qrant və texniki yardım alıb, 2019-cu ilin sonunda isə bu göstərici 37,2 milyon dollar idi. 

Ümumilikdə, 1 yanvar 2021-ci il tarixinə Azərbaycan 13 milyard 31,4 milyon dollar məbləğində (hökumət tərəfindən cəlb olunan) borclara dair müqavilələr imzalamışdır. Bu vəsaitlərdən 2021-ci ilin əvvəlinə 11 milyard 832,8 milyon dolları xərclənmişdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)