“Aqrar Sığorta”ya müvəqqəti sədr təyin edilib
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə yeni təyinat olub.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İdarə Heyətinin üzvü Elvin Əliyevə həvalə edilib.
Bundan öncə isə Azər Kərimov idi. A.Kərimov, bu vəzifəsindən istefa vermişdi.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.