Azərbaycana idxal olunan bu avtomobillər vergi və gömrük rüsumlarından azad oluna bilər
Elektrik mühərrikli avtomobillərin idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində iş aparılır.
Marja xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Eləcə də bax: Ətraf mühitə daha çox hansılar zərər vurur? - Elektromobillər ilə adi avtomobillərin MÜQAYİSƏSİ
Sənədə qeyd edilib ki, ekoloji və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması, habelə hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən, istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər aparılır.