Yeni reallıq: 2021-ci ildə hər bir liderin riayət etməli olduğu 3 QAYDA
2020-ci il gerçəklik haqqında təsəvvürümüzü alt-üst etdi. Nə dəyişdi?
İlk növbədə, sürət. Şəxsi işlərdə və biznesdə vəziyyət transformasiya oldu. Əvvəllər qeyri-mümkün görünən şey effektiv olmağa başladı – illər çəkən layihələr bir neçə aya və ya həftəyə hazır oldu.
Sərhədlər. Əvvəllər sarsılmaz görünən bu sərhədlər köhnəlməyə və hətta yox olmağa başladı. Ev və iş, peşəkar və şəxsi həyat arasındakı sərhədlər. İnsanlar, şöbələr, layihələr, şirkətlər və fəaliyyətlə arasındakı sərhədlər. Daha sonra yeni qarşılıqlı təsir və əməliyyat modelləri ortaya çıxdı.
Nəhayət, insanlar illüziyalardan qurtuldu.
Hər birimiz çətinliklə, büdrəyə-büdrəyə, yıxıla-yıxıla realizm yolunda irəlilədi – ətrafımızda və daxilimizdə mühüm dəyişikliklərin baş verdiyini dərk etdik. Total yenidən qiymətləndirmə başladı – həm insanlar, həm şirkətlər səviyyəsində. İşçilər yeni koordinat sistemində nə edə biləcəklərini və istədiklərini, kontragentlərin maraqlarını və onlarla başlanan müqavilələrin nəticəsini dərk etdi.
İllüziyalara qapılan köhnə dünya və köhnə bazar dinamikası dəyişdi. Artıq heç kim sizə yeni layihələrə başlamağa mane olmur. Komanda bacaracaq, yeni liderlər ortaya çıxacaq, tərəfdaşlar kömək edəcək, bazar formalaşacaq, uğurunuz əldən qaçmayacaq. Yeni reallıq kainatın köhnə versiyasını qətiliklə dəstəkləmiədi və dünyanın qeyri-dəqiq mənzərəsi hər zamankindən daha baha başa gələcək səhvlərə yol açdı.
Uyğunlaşma çətin idi – həm insanlar, həm şirkətlər üçün. Dünya qavrayışı və özünəhörmət sürətlə dəyişdi: qorxu və dəhşətdən qəbulanmaya, ümiddən depressiyaya və əskinə. Səbəb-nəticə münasibətləri dağıldı: bəzi mütəxəssislər uğurlu ola bilmədi, çoxları səylərə baxmayaraq məğlub oldu. Eyni zamanda, müvəffəqiyyət anlayışı dəyişdi – həm fərdi, həm korporativ səviyyədə. İl ərzində biznesiniz 60% böyüdü? Bunun sizin şəxsi töhfəniz olduğunu hiss etdiniz? Çox güman ki, sadəcə bəxtiniz gətirdi. Və analoji olaraq 60% eniş də şəxsi uğursuzluğunuz olmaya bilər. Bəlkə qəhrəmanlığınız olmasaydı, uğursuzluğunuz daha böyük olardı?
Yeni dünyaya uyğunlaşma bir il davam etdi. Hələ yolun ortasında olsaq da, artıq çox yorğun olduğumuzu hiss edirik. Bütün bunlar mürəkkəb sosial təmaslar və emosional depressiya fonunda baş verir. Bundan əlavə, hamımız fərqli psixofizioloji vəziyyətdəyik: kimisi ümidsizlik, kimisi sevinc, kimisi yüksəklik, kimisi eniş içindədir. Hər bir addım çox səy tələb edir, buna görə ayağımızı “çox da bərk olmayan” fundament üzərinə qoymalıyıq.
Görülməmiş bu vəziyyətdə hər bir liderin əsas vəzifəsi – işçilərlə “ilhamlandırıcı” və ya “sakitləşdirici” deyil, reallığı əks etdirən dialoq qurmaqdır. Bu dialoqun əsas məqsədi kömək etmək olmalıdır. Əgər öz missiyanızı formalaşdırmağa çətinlik çəkirsinizsə, bu prinsipə riayət edin: komandaya yol göstərmək, “yıxılanlara” dəstək olmaq. Lakin burada öz gücünüzü və korporativ resursları, o cümlədən bazarın spesifikasını unutmayın.
Əvvəllər eyni dövrdə 20-25 layihəyə start verirdiniz? Onların içindən ən vacibləri seçin (beşdən çox olmasın) və bütün vaxtınızı, diqqətinizi və resurslarınızı bu layihələrə yönəldin. Sərt reviziya həyata keçirməyi unutmayın: komanda, investisiyalar, “yol xəritəsi”. Çalışın qarşıya qoyduğunuz məqsədlər və təyin etdiyiniz prioritetlər daha dəqiq olsun. Daxili gerçəkliyi xarici gerçəkliklə üst-üstə düşən liderlər qabağa gedəcəklər.
XX əsrin bəlkə də ən məşhur psixoterapevti Milton Eriksonun məqalələrindən birində bu gün ehtiyacımız olan realizm mükəmməl şəkildə təsvir edilir. O, dörd bənddən ibarətdir. Birincisi, müraciət edən insanlar sizdən kömək istəyirlər. İkincisi, özünüzə güvənin. Üçüncüsü, bacarmadığınız şeyləri unutmayın və heç kimə söz verməyin. Və nəhayət, dördüncüsü, bildiyiniz və bacardığınız şeylərdən şübhə etməyin. Yaxşı lider – özünə və başqalarına qarşı dürüst olan, tabeçiliyində olan əməkdaşlar üçün psixoloq rolunu oynayan şəxsdir.
Müəllif haqqında
Yakov Sergienko – McKinsey & Company konsaltinq şirkətinin əməkdaşı.