Sığorta

“Amrah Sığorta”nın ləğv prosesi yenidən müzakirə olunacaq

Aprelin 19-da, saat 15:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“ENA” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə, 15%-i isə onun oğlu Əmrah İldırımzadəyə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)