Qarabağ

Qarabağa qayıtmaq üçün köçkünlərə - BU SUALLAR VERİLİR

Xəbər verildiyi kimi, Azərbaycanda işğaldan azad edilən torpaqların məskunlaşdırılması və ərazilərin inkişaf etdirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

ENA.az xəbər verir ki, bu işlərlə əlaqədar olaraq hökumət öz planlarını dəqiqləşidirmək üçün azad edioən torpaqlara qaydacaq məcburi köçkünlərin sayını və ehtiyaclarını müəyyən etmək məqsədilə sorğu keçirir.

Sorğunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəz

Akademik və Təhsil məsələləri üzrə İşçi Qrup keçirir. 

Sorğu ADA Universitetinin saytında təşkiledilib və istənilən məcburi köçkün buraya daxil olaraq sorğuda iştirak edə bilər. Sorğuda iştirak edənlər aşağıdakı sualları cavablandırmalıdırlar.

Əziz həmvətənimiz,
İgid oğullarımızın canı-qanı bahasına, Əsgər və Zabitimizin rəşadəti, Xalqımızın birliyi və əzmi, dövlət başçımızın zəkası və qətiyyəti sayəsində QARABAĞIMIZ işğaldan azad olundu. Axır ki doğma yurdlarımıza qovuşacağıq, əl-ələ verib Qarabağı insanların firavan yaşayacağı gözəl bir məkana çevirəcəyik. Bunu da düşünülmüş şəkildə, ümumi bir plan əsasında edəcəyik.

Bu sorğunun nəticələri Bərpa və Qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Ona görə də cavablarınız çox mühümdür. Əminik ki, hövsələli və səmimi olacaqsınız.

Sorğu Dövlətin sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılır. Sorğu materialları, o cümlədən Sizin şəxsi məlumatlarınız və cavablarınız məxfi qalacaqdır.


ƏVVƏLCƏ ÖZÜNÜZ HAQQINDA

Top of Form

Adım

Soyadım

Ata adım

Yaşım

Cinsim

Kişi

 Qadın

Ailə vəziyyətim

Evli

 Subay

 Dul / Boşanmış

Ailə üzvlərimin sayı

Şəxsiyyət vəsiqəmin FİN kodu

Kömək

Təhsilim

Orta

Orta ixtisas

 Ali

Doğma yurdum

Məntəqə

Müvəqqəti məşkunlaşdığım yer

Yaşadığım ev

Şəxsi evimdir

Dövlətin verdiyi müvəqqəti evdir (məcburi köçkün şəhərciyi və s.)

Müvəqqəti məskunlaşmışam (yataqxana, uşaq bağçası və s.)

Kirayədə yaşayıram

İşim

Sahibkaram

Maaşla işləyirəm

Müvəqqəti (mövsümi) işdə çalışıram

Tələbəyəm

Pensiyaçıyam

İşsizəm

Peşəm


İNDİ İSƏ SORĞU SUALLARI

1. Qarabağın azad olunması Sizi ən çox nəyə görə sevindirir?(bir neçəsini seçə bilərsiniz)

Ölkəmizin ərazi bütövlüyü axır ki təmin olundu

Şəhidlərimizin intiqamı axır ki alındı

Məcburi köçkün adı üstümüzdən axır ki götürüldü

Doğma el-obamıza qayıdacağıq, övladlarımız axır ki öz dədə-baba yurdlarını tanıyacaqlar

2. Tanıdığınız məcburi köçkünlərin neçə faizi öz doğma yurduna qayıtmaq istəyir?

50%-ə qədər

 51-60%

 61-70%

 71-80%

 81%-dən yuxarı

3. Qarabağa köçmək istəməyinizin səbəbi nədir?

Vətənimizdir, köçməliyik

Bizim kəndimiz (şəhərimiz) dünyanın ən gözəl və səfalı yeridir

Qarabağın havası, suyu, təbiəti olduqca gözəldir

Ailəmiz, tayfamız, qohum-əqrəbamız bir yerdə olacaq

Köçməyəcəkdiksə, qan töküb azad etməyin nə mənası vardı

Dolanışığımız daha yaxşı olacaq

Biz orada yaşamalıyıq ki, bir də oralara göz dikən olmasın

Bu barədə düşünməmişəm

4. Qayıtdıqdan sonra birinci ziyarət edəcəyiniz yer hara olacaq?

Evimiz

Doğmalarımın məzarı

Oxuduğum məktəb

Başqa yer

5. Hazırkı yaşayışınızdan razılığınızı 1-10 aralığında balla ifadə edin(1- ən aşağı, 10 - ən yüksək məmnunluqdur)

1

2

3

4

5

6

7

8

9

10

6. Həyat məmnunluğunuzu azaldan əsas məsələlər nədir?(ikisini seçə bilərsiniz)

Qarabağa qayıtmağımızın yubanması

Dolanışığın çətinliyi

Xankəndinin hələ bizim nəzarətimizdə olmamağı

Yaxşı iş tapa bilməməyim

Uşaqların pis oxumağı

Yaşayış şəraitimdən, ev-eşiyimdən narazı olmağım

Koronavirus pandemiyası (karantin tədbirləri)

Qarabağa qayıtdıqdan sonra nə edəcəyimi bilməməyim

7. Qarabağda sizinlə birlikdə neçə ailə üzvünüz məskunlaşacaq?

8. Sizcə, aşağıdakı qərarların hansı verilməlidir?

Qarabağa qayıtmaq imkanı yaranan kimi məcburi köçkün statusu və bütün imtiyazlar ləğv edilməli, müvəqqəti verilən evlər geri alınmalıdır

Məcburi köçkünlərə verilən imtiyazlar mərhələlərlə ləğv edilməlidir

Məcburi köçkünlər Qarabağa qayıdanda onlara verilən imtiyazlar ləğv edilməlidir, amma qayıdanlara bir müddət müavinət verilməlidir

9. Doğma yurdunuza nə vaxt qayıtmaq (məskunlaşmaq) istərdiniz?

Təhlükəsizlik təmin edilən kimi (mümkün qədər tez)

Məskunlaşmanın sonrakı mərhələlərində

Orada bir gəlir imkanım olanda

Evimiz tikiləndən, yol, işıq, su çəkiləndən sonra

Hamı nə vaxt biz də onda

Qayıtmaq haqqında düşünmürəm

10. Öz kəndinizdə (şəhərinizdə) yox, qonşuluqda yer təklif olunsa, ora köçərsinizmi?

Bəli

 Xeyr

11. Necə evdə yaşamaq istərdiniz?

Həyətyanı sahəsi olan fərdi evdə

 Çoxmərtəbəli binada

 Fərqi yoxdur

12. Yaşayacağım evi:

Özüm tikdirəcəyəm, dövlətdən istədiyim ancaq torpaq sahəsidir

İstədiyim kimi özüm tikdirim, amma dövlət maliyyə yardımı eləsin

Dövlət tiksin, amma daxili təmirini öz vəsaitimlə istədiyim kimi edim

Standart layihə əsasında dövlət tikib versin

13. Qayıtdıqdan sonra harada yaşamaq istərdiniz?

Ancaq öz evimizin yerində tikiləcək evdə

Yerin fərqi yoxdur, təki öz kəndimizdə olsun

Kəndin fərqi yoxdur, təki öz rayonumuzda olsun

Rayonun fərqi yoxdur, təki kənddə yox, şəhərdə olsun

Yeni salınmış şəhərtipli qəsəbədə

Fərqi yoxdur, təki Qarabağda olsun

Fərqi yoxdur, təki şəraitim yaxşı olsun

14. Köç prosesi necə təşkil edilsə yaxşıdır?

Özüm köçəcəyəm

Özüm köçəcəyəm, amma müəyyən maddi dəstək verilsin

Tamamilə dövlət tərəfindən təşkil edilsin

Dövlət necə qərar versə məqbuldur

15. Qarabağa qayıtdıqdan sonra nə cür işdə işləmək istəyərdiniz?

Dövlət sektorunda

Özəl sektorda

Sahibkarlıq fəaliyyəti ilə məşğul olacağam

16. İqtisadiyyatın hansı sahəsində işləmək istəyərdiniz?

Kənd təsərrüfatında

Sənayedə

Tikintidə

Xidmət sektorunda (təhsil, səhiyyə, kommunal xidmətlər və s.)

Fərqi yoxdur, təki gəliri çox olsun

17. Qarabağın bərpasında ixtisasınız üzrə işləmək istərdinizmi?

Bəli, münasib təklif olsa, dərhal qəbul edərəm

Bəli, istəyirəm, amma qərarım əmək haqqından və yaşayış şəraitindən asılıdır

Xeyr, istəmirəm

18. Qayıtmazdan əvvəl dövlətdən hansı suallara cavab istəyirsiniz?(ən çoxu 3 sual seçin)

Təhlükəsizliyimizə zəmanət varmı?

Kəndimizə yol, işıq və su nə vaxt çəkiləcək?

Kəndimizə qaz çəkiləcəkmi, çəkiləcəksə nə vaxt?

Kəndimizdə məktəb tikiləcəkmi?

Kəndimizdə xəstəxana, poliklinika və ya heç olmasa, həkim məntəqəsi tikiləcəkmi?

Kəndimizdə işləyən müəllimlər, həkimlər, tibb bacıları öz kəndimizdən (rayonumuzdan) olacaq, yoxsa başqa bölgələrdən dəvət olunacaq?

Kəndimizdə təzə iş yerləri yaradılacaqmı?

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)