"Fed-in faiz proqnozu 3-də qalarsa, dollar bahalaşa bilər"
Qlobal investisiya bankı "Goldman Sachs"a görə, Fed rəsmilərinin 2019-cu ildə faizin neçə dəfə artırılacağına dair proqnozu 2-yə düşmək əvəzinə 3-də qalarsa, Dollar, G - 10 valyutaları qarşısında ilin sonuna doğru yeni zirvələr (ən yüksək səviyyələr) görə bilər.
"BI" xəbər verir ki, "Goldman Sachs"ın iqtisadçılarının gözləntisi sayın 2-yə endiriləcəyi istiqamətindədir.
"Goldman"a görə, Fed açıqlamasında ya da mətbuat konfransında ehtiyatlı bir dil istifadə etməməsi vəziyyətində də dollar bahalaşa bilər.
Qeyd edək ki, Fed faiz qərarını dekabrda açıqlayacaq. Fed-in bu iclasda faiz artıracağı gözlənilir. Bir müddət əvvəl ABŞ Mərkəzi Bankının sədrinin verdiyi açıqlamalar Fed-in gələn il faiz artırmağa fasilə verəcəyinə işarə olub. Fed sədri faizlərin neytral səviyyəyə yaxın olduğuni bildirib.
G-10 pulları: ABŞ dolları (USD), Aro (EUR), Funt-sterlinq(GBP), Yapon yeni (JPY), Avstraliya dolları (AUD), Yeni Zelandiya Dolları (NZD), Kanada dolları (CAD), İsveçrə frankı (CHF), Norveç kronu (NOK) və İsveç kronu (SEK).