General Supply işçi axtarır - MAAŞ 800-1200 MANAT
Təlimlər üzrə coordinator
Əsas vəzifə və öhdəliklər:
• Təlim və tədbirlərin təşkilini həyata keçirmək:
• Təlim cədvəlinin, məlumat bazasının tərtib olunmasında köməklik göstərmək;
• Təlim iştirakçıları və təlimçini məlumatlandırmaq, sorğuları ilə məşğul olmaq;
• Təlim öncəsi hazırlıq tədbirlərini yerinə yetirmək;
• Təlimin keçirilməsinə nəzarət etmək, təlimlə bağlı müxtəlif ehtiyacları qarşılamaq və təlimdən görüntülər əldə etmək;
• Təlimçilərin təlimlərə cəlb edilməsi və onlarla müsahibələrin aparılması
• Danışıqların aparılması və yeni müştərilərin cəlbi məqsədilə işgüzar təkliflərin hazırlanması və göndərilməsi
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq, İngilis dilini yüksək səviyyədə bilmək;
• Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
• Yüksək ünsiyyət, inandırma, təşkilatçılıq, problem həlletmə qabiliyyəti;
Əmək haqqı: 800-1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Təlimlər üzrə koordinator yazmaqla cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.