PAŞA Holdinq işçi axtarır - VAKANSİYA
PAŞA Holdinq PAŞA HUB koordinatoru vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
• PAŞA Əməkdaşlıq və İnkişaf Mərkəzi nəzdnində müxtəlif proqramların və PAŞA Qrupunun tərkibindəki birliklərin əlaqələndirilməsi;
• Birlik proqramlarının uğurlu həyata keçirilməsini təmin etmək məqsədilə layihə planlarının əlaqələndirilməsi;
• Maraqlı tərəflər və iştirakçılar arasında müxtəlif kanallar vasitəsilə gündəlik proqram əməliyyatlarının və əlaqələndirilmənin idarə edilməsi;
• İclasların/tədbirlərin planlaşdırılması və təşkil edilməsi, eyni zamanda gündəliyin idarə edilməsi;
• Ehtiyac yarandığı halda layihələr üzrə cədvəllərin və hədəflərin tənzimlənməsi;
• Böyümə təşəbbüsünə və proqramın inkişafına dəstək;
• Bir neçə proqramın eyni zamanda idarə edilməsi və inkişaf barədə maraqlı tərəflərə məlumatın verilməsi;
• Birlik və proqramların konsepsiyaları, prioritetləşdirilməsi və resursların idarəedilməsinə dair digər funksiyalar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Mükəmməl şifahi və yazılı əlaqə qurma, eyni zamanda şəxslərarası ünsiyyət qurma bacarıqları da daxil olmaqla görüşlərin idarəedilməsi bacarıqları;
• Yüksək fərdi davranış səviyyəsi, məxfilik və dürüstlük, habelə fəaliyyət sahəsində güclü peşəkar nüfuz;
• Təşkilat və mədəniyyət daxilində çoxsaylı funksional qruplarla təcrübədə müstəqil şəkildə uğurla uğurla işləmə bacarığı;
• Ətrafdakılar ilə effektiv əlaqə yaratmaq və inkişaf etdirmək bacarığı;
• Əsas təşkilati və xarici tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurma bacarığı;
• Detallara qarşı diqqət və sürətli temp ilə işləmək;
• Bakalavr dərəcəsi;
• Layihələrin əlaqələndirilməsi sahəsində ən azı 3 illik peşəkar təcrübə;
• Tədbirlərin planlaşdırılması və koordinasiyası sahəsində təcrübə;
• Azərbaycan, ingilis və rus dillərinin səlis biliyi;
• MS Office proqramlarının biliyi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• PAŞA Holdinqin rəsmi veb səhifəsi vasitəsilə anket forması doldurulmalı və ya mövzu sətrində “PAŞA HUB koordinatoru” qeyd olunmaqla recruitment@pasha-holding.az ünvanına CV göndərilməlidir;
• Müraciətlər 2 aprel 2021-ci il tarixinə qədər qəbul edilir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə