Sığorta

“PASHA Sığorta”da yeni baş inzibatçı təyin edilib

“PASHA Sığorta” ASC-nin yeni baş inzibatçısı təyin edilib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, Ziya Əsgərov Baş informasiya inzibatçısı təyin edilib.

O, 2019-cu ilin iyunundan 2021-ci ilin martına qədər “Bank of Baku” ASC-nin Proqramçılıq departamentinin direktoru kimi çalışırdı.

2015-ci ilin mayından 2018-ci ilin mayına qədər “Golden Pay” ASC-də şöbə müdiri kimi çalışıb.

Daha əvvəl isə 9 il müddətinə İKT şirkəti “CyberNet” MMC-də çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)