Avtomobil

Çin elektromobil satışında Teslaya qalib gəldi

Çində 4500 dollarlıq elektrikli avtomobilin satışı Teslanın bahalı maşınlarını geridə qoyub.

ENA.az Türkiyə Mediasına istinadən xəbər verir ki, Teslanın bahalı avtomobillərinin satışlarına qarşı, “Hong Guang Mini”nin elektromobil satışları iki dəfə artıb.

Belə ki, “Hong Guang Mini”nin giriş modeli saatda 100 kilometr sürətlə hərəkət edir və elektromobildə dörd nəfərin oturmasına imkan yaradır. 

Yanvar ayında 25.778 satış ilə ölkənin ən populyar vasitəsi olan Hong Guang, Model 3-dən sonra dünyada ən çox satılan ikinci elektrikli avtomobili olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)