ENA+

Paşinyan tərəfdarlarının qarşısına çıxdı: "Çevriliş cəhdinin qarşısı alınıb"

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının qarşısında - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

"ENA" xəbər verir ki, o, hərbi çevrilişin qarşısının alındığını açıqlayıb.

"Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik", - baş nazir bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)