"Ermənistandakı vəziyyəti həyəcanla izləyirik" - KREMLDƏN AÇIQLAMA
“Kreml Ermənistandakı vəziyyəti həyəcanla izləyir, ancaq baş verənləri Rusiya Federasiyasının Qafqazdakı vacib və yaxın müttəfiqi olan ölkənin daxili işi kimi qiymətləndirir”.
“ENA” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Biz Ermənistandakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. Lakin bunu Qafqazdakı çox vacib və yaxın müttəfiqimiz olan Ermənistanın daxili məsələsi hesab edirik - ",-deyə Peskov qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Nikol Paşinyan isə bu bəyanatdan sonra feysbuk hesabında canlı yayım açaraq Baş Qərargah rəisi Onik Gasparyanı istefaya göndərdiyini açıqlayıb. Bir gün əvvəl isə, Ermənistan prezidenti Armen Sarkisyan, Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırmışdı. Ermənistan mətbuatında yayılan məlumatlara görə, Xaçatryan hökumət başçısının İskəndər kompleksləri ilə bağlı açıqlamasını lağa qoyduğu iddia olunurdu.