Sığorta yığımlarının 65%-i bir Holdinq şirkətlərində cəmləşib
Azərbaycanda 2021-ci ilin yanvar ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti göstərir ki, bazarda qalan 20 şirkətdən 9-nun sığorta yığımlarının həcmi azalıb.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi sığorta yığımlarının həcmi 104 milyon manat olub ki, bunun da 67 milyon 677 min manatı PAŞA Holdinqin tərkibindəki “Paşa Sığorta” və “Paşa Həyat Sığorta”ya məxsusdur. Bu şirkətlər ümumi sığorta yığımlarının 65%-ni öz əlində cəmləşdirib.
Beləliklə, ən çox sığorta yığımı edən şirkətlərin TOP-3-yü belədir: “Paşa Sığorta” - 51 milyon 226 min manat, “Paşa Həyat Sığorta” - 16 milyon 451 min manat, “İpək Yolu Sığorta” - 6 149 min manat.
Yanvar ayında ən az yığım edən şirkətlər isə “Bakı Sığorta” (164 min manat), “Naxçıvansığorta” (123 min manat), “Aqrar Sığorta” (14 min manat) sığorta şirkətləridir.