Çin yoxsulluğa tam qalib gəldiyini elan edib
“Çin Kommunist Partiyasının və xalqın ümumi səyləri nəticəsində biz yoxsulluqla mübarizədə tam qələbə qazandıq”.
“ENA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib.
O deyib ki, son 8 ildə 100 milyon nəfər yoxsulluq həddini aşa bilib. Dövlət başçısının sözlərinə görə, 832 qəza və 128 min kənd yoxsul yaşayış məntəqələri siyahısından çıxarılıb.
Si Cinpin bildirib ki, 1970-ci illərin sonunda islahatlar və aşkarlıq siyasəti başlayandan kəndlərdə yaşayan 770 milyon nəfər yoxsulluqdan çıxarılıb: “Bu müddət ərzində Çin yoxsulluğun aradan qaldırılması uğrunda qlobal mübarizədə məqsədinə 70 faiz nail oldu. Bu kimi uğurlarla Çin tarixdə qalacaq bir başqa möcüzə yaratdı”.
Xatırladaq ki, Si Cinpin yoxsulluğa qarşı məqsədli mübarizə ideyasını 2013-cü ildə ölkənin mərkəzində yerləşən Hunan vilayətinə təftiş səfəri zamanı bildirmişdi.