Neft 67 dolları ötdü - bahalaşma davam edir
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,08 ABŞ dolları və ya 0,13% artaraq 63,30 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,22 dollar və ya 0,33% artaraq 67,26 dollar təşkil edib.