Şirkətlər ən çox sığorta haqqını tibbi sığortadan yığdı- TƏHLİL
Azərbaycan Mərkəzi Bankı bildirir ki, 2021-ci ilin yanvar ayında Azərbaycanda sığorta haqqlarının ümumi məbləği 104 milyon 10,8 min manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 7,2% azdır.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqqları 84 milyon 178,3 min manat olub ki, bu da 7,7% azalma deməkdir. Bu həm də cəmi sığorta haqqlarının 80,9%-ni təşkil edir. Könüllü saığorta növləri arasında həyat sığortası üzrə sığorta haqları 4,9% artaraq 17 milyon 43.9 min manat təşkil edib. Qeyri-həyat sığorta növləri üzrə yığımlar isə 10.5% azalaraq 67 milyon 134.4 min manat təşkil edib.
İcbari sığorta növləri üzrə mükafatlar 2021-ci ilin yanvar ayında 4,6% azalaraq 19 milyon 832,5 min manat olub.
Hesabat dövründə mükafatların çox hissəsi - 51 milyon 90,4 min manatı tibbi sığorta, 14 milyon 84,1 min manatı həyat sığortası və 7 milyon 889,8 min manatı daşınmaz əmlakın icbari sığortası toplanıb. Ümumiyyətlə, bu üç sığorta növü üzrə sığorta haqları hesabat dövründə sığortaçıların daxilolmalarının 70,2% -ni təşkil edir.
2021-ci ilin yanvar ayında sığortaçılar sığorta hadisələri üçün 56 milyon 840,7 min manat ödəniş edib ki, bu da 2020-ci ilin yanvar ayına nisbətən 2,1 dəfə çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığortaçıların ödəmələri 37,187 milyon manat olub ki, bu da 93,3% artım deməkdir. Bu, həm də bazardakı bütün kompensasiyaların 65,4% -ni təşkil edir. Eyni zamanda, həyat sığortası üzrə ödənişlər 2,3 dəfə artaraq 28 milyon 353,5 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlər 23,6% artaraq 8 milyon 834,2 min manat olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər də 2,6 dəfə yüksəlib və 19 milyon 653 min manat təşkil edib.
Hesabat dövründə sığortaçılar həyat sığortası üzrə 27 milyon 952,7 min manat, könüllü tibbi sığorta üzrə 7 milyon 752,4 min manat və OSAGO üzrə 4 milyon 708,2 min manat ödəyiblər.
Ümumiyyətlə, bu üç sığorta növü üzrə ödənişlər hesabat dövründə bazarda olan bütün tələblərin 71,1% -ni təşkil edib.
Yanvar ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərmək üçün lisenziyaya sahibdir.