İnşaat və əmlak

Nazirlər Kabineti ipoteka kreditləri ilə bağlı mühüm dəyişiklik etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

ENA.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir,

1. Aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. Bu Qaydanın 4.3.1-ci yarımbəndində göstərilən muzdlu işdən əldə edilən gəlirlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən edilir.”.

2. 4.3.1-ci yarımbənddə “əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar)” sözləri “əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilmiş əmək funksiyasının yerinə yetirilməsinə görə işəgötürən tərəfindən əməyin ödənilməsi sistemləri üzrə işçiyə ödənilən tarif (vəzifə) maaşı, ona edilən əlavələr, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər” sözləri ilə əvəz edilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)