Azərbaycanlı bankir BƏƏ-də yüksək vəzifəyə təyin edilib
Azərbaycanda tanınmış bankir Behnam Qurbanzadə xarici bankda yüksək vəzifəyə təyin edilib.
B.Qurbanzadə Rusiyanın “Sberbank”nın BƏƏ paytaxtında fəaliyyət göstərən törəmə bankı “Sberinvest Middle East”da İslam bankçılığı üzrə baş icraçı direktor təyin edilib.
O, hazırda “Sberbank”ın İdarə Heyəti müavininin müşaviri vəzifəsindədir.
Behnam Qurbanzadə “PayZakat” layihəsinin yaradıcısıdır. Bu platforma vasitəsi ilə müsəlmanlar zəkat və xeyriyyəçilik işlərinə sərf etmək istədikləri maliyyə vəsaitini ünvanına çatdıra bilərlər.
Qeyd edək ki, B. Qurbanzadə 2012-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İslam bankçılığın departamentinin rəhbəri olub. Ardından “AFB Bank”da Baş xəzinə inzibatçısı kimi çalışmışdır. Bundan bir müddət sonra B. Qurbanzadə “Amrahbank”ın İdarə Heyəti sədrinin müavini təyin olunub, lakin bu vəzifədə qısa müddətdə işləyiv. Bundan sonra bankir Rusiyaya üz tutub.