Nazirlik: İki restoran məhkəmənin qərarı ilə bağlanıb
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı, Sumqayıt, Gəncə şəhəri və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparıb".
Bunu Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, onlardan 223-də artıq müasir standartlara cavab verən qurğu quraşdırılıb: "İki restoran "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləri məhkəmənin qərarı ilə bağlanıb".
İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində isə işlər görülür.