Sosial iqtisadiyyat

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

ENA.az-;n Rusiya Xarici İşlər NAzirliyinə istinadən məlumatına görə, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)