Kapital Bank səhmdarlarını toplayır
"Kapital Bank" ASC-nin səhmdarları 1 aprel tarixli növbəti iclasında 2020-ci il üçün dividendlərin ödənilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
"Bankın səhmdarlarının növbəti ümumi yığıncağı aprelin 1-də keçiriləcək. Burada 2020-ci il üçün dividendlərin ödənilməsi ilə bağlı məsələlər müzakirə ediləcək", - deyə bankdan bildirilib.
Bundan əlavə, səhmdarlar 2020-ci il üçün maliyyə hesabatlarını təsdiqləmək və bir sıra digər məsələləri, xüsusilə bankın 2021-2023-cü illər üçün strateji plan layihəsini müzakirə etmək niyyətindədirlər.
Xatırladaq ki. Kapital Bank 2020-ci ili 302 milyon 698 min manat xalis mənfəətlə başa vurub.
Bundan əvvəl Kapital Bank, pandemiyaya baxmayaraq, bankın payçılara 2020-ci ilin may-sentyabr aylarında 112 milyon manat məbləğində dividend ödədiyini, bunun 6 milyonunun imtiyazlı hissələr üzrə ödənildiyini bildirmişdi.
Kapital Bank 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda ölkənin üç aparıcı bankından biridir. Bankın səhmdarları PAŞA Holdinqdir (99,8755% və fiziki şəxslər (0,1245%). Bankın nizamnamə kapitalı 245,8 milyon manatdır.