ENA+

“Marriot International” hotel şəbəkəsinin rəhbəri Arne Sorenson vəfat edib

“Marriott International” hotel şəbəkəsinin rəhbəri Arne Sorenson 62 yaşında vəfat edib.

ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı açıqlamada deyilir.

“Böyük kədər hissi ilə prezident və icraçı direktoru Arne M. Sorensonun gözlənilmədən 15 fevral 2021-ci ildə vəfat etdiyini bildiririk”, – şirkət bildirib.

Xatırladaq ki, 2019-cu ildə Sorensona mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)