Vakansiyalar

AF Holding işçi axtarır - VAKANSİYA

Tikinti təmir işləri üzrə nəzarətçi

Namizədə tələblər

• Ali təhsil (Memarlıq və İnşaat Universiteti) arzuolunandır
• Müvafiq sahədə 5 – 10 ildən az olmayaraq iş təcrübəsi
• Yaş həddi 40 - 65
• Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtlərin biliyi
• Kompüter bilikləri (Autocad)
• Ünsiyyət və idarəetmə bacarığı, gərginliyə davamlılıq

Vəzifələr:

• Sahədə təmir işlərinin icrasına nəzarət
• Təmir-tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili
• Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət
• Maddi dəyərlərin oğurluğu və talanmasına və müəssisənin zərər çəkməsinə yol verməmək
• Rəhbərliklə mütəmadi əlaqə qurmaq və gündəlik məlumat vermək
• Tikintidə görüləcək təmir işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
• Obyektdə işləyən işçi briqadalarının işlərinə nəzarət etmək, onların tapşırıqlarını müəyyənləşdirmək.
• Obyektdə ölçü işlərinin həyata keçirilməsini təmin etmək.
• Materialların və məmulatların qəbul olunmasını və onların yerləşdirilməsini, qeydə alınması və təhlükəsizliyini təşkil etmək.
• Sifarişçinin göstərdiyi digər öhdəlikləri yerinə yetirmək.
• İşin keyfiyyətinə nəzarət etmək

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

CV-ri hr@afholding.com ünvanına göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department