Ermənistanın XİN başçısı Moskvaya gedir
![](https://ena.az/uploads/news/2021-02/_ena_2c2daa54753b2d666721b57c8_o.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ara Ayvazyan arasında görüş olacaq.
ENA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlar fevralın 17-də Rusiyanın paytaxı Moskvada baş tutacaq.
Bildirilib ki, XİN başçıları ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.