Türkiyənin bank sektorunun xalis mənfəəti yenidən rekord vurub
Türkiyənin bank sektoru 2020-ci ili 60 milyard lirə (8,55 milyard ABŞ dolları) xalis mənfəətlə başa vuraraq yenidən rekord vurub.
ENA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 22,3% çoxdur.
İllik mənfəətini 2,7 milyard lirəsi (385 milyon dollar) ötən ilin dekabr ayında əlvə olunub. Bu isə illik müqayisədə 7,2% çoxdur.