“Porsche” Çində avtomobil istehsalından imtina edib
“Porsche” Almaniyadakı zavodların artan tələbin öhdəsindən gələ bilməməsinə baxmayaraq, Çində istehsal müəssisələrini inşa etməkdən imtina etdiyini açıqlayıb.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, şirkətin bu mövqeyi digər alman istehsalçılarının siyasətinə tamamilə ziddir.
“Yüksək keyfiyyət məsələsi avtomobilləri Avropada istehsal etməyimiz üçün əsas arqumentdir. Bu gün istehsalı köçürməyin heç bir mənası yoxdur”, – deyə “Porsche”nin icraçı direktoru Oliver Blüm bildirib.
Bununla belə, Blüm “Almaniyada istehsal olunub” brendinin idxalla bağlı bütün əlavə xərcləri qarşıladığını düşünür. “Üstəlik, dilerlərimizdən və müştərilərimizdən aldığımız rəylər bizim üçün vacibdir”.
Xatırladaq ki, bu gün Çin “Porsche” üçün ən böyük bazardır – onun payına ümumi satışların təxminən üçdə biri düşür. “Financial Times” qəzetinin verdiyi məlumata görə, on il əvvəl şirkət hər il dünya üzrə 100 mindən çox avtomobil satıb və onların 90 mini Çinə göndərilib.
Eyni zamanda, Çin 2020-ci ildə “Porsche”nin satışlarının artdığı yeganə ölkə olub. Şirkət ötən il ilə müqayisədə 3% çox avtomobil satıb. Digər alman avtomobil istehsalçıları olan “Audi” – 5.4%, “BMW” – 7.4%, “Mercedes” isə – 11.7% çox nəqliyyat vasitəsi satıb.
“Çinin premium seqmenti gözləndiyindən daha sürətli artmışdır və biz bu tələbi bütünlüklə təmin edə bilmədik, çünki istehsalımızın böyük hissəsi Avropada cəmlənib”, – deyə Blüm əlavə edib.
Buna baxmayaraq, “Porsche”nin gəliri rəqiblərindən daha yüksək olub