BİZNES

“PAŞA Holdinq” hotelçilik şirkətinə daha 1,5 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” MMC-yə məxsus “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 1,5 milyon manat və yaxud 19,1 % artırılıb.

ENA.az xəbər verir ki, şirkətin kapitalı 7,85 milyon manatdan 9,35 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Absheron Hotel Group” 2013-cü ildə yaradılıb. Şirkət, adından da göründüyü kimi, hotelçilik sahəsində fəaliyət göstərir, holdinqə məxsus hotel şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)