Bank

Azərbaycan bankı depozitə minimal məbləğ qoydu: 500 000 dollar

Azərbaycan bank sektorunda deposit məbləğləri ilə bağlı müxtəlif limitlər tətbiq edilir. Bu yaxınlarda rebrebdinq etmiş Premium Bank (əvvəlki Bank Silk-Vey) təqdim etdiyi deposit məhsulu böyük məbləği ilə diqqətimizi çəkdi.

"BI" xəbər verir ki, bankın rəsmi internet səhifəsində “Classic” əmanətin şərtləri çox maraqlıdır və ən əsası isə bu məhsulda minimul məbləğ 500 min  AZN/USD/EUR göstərilir.  

  • Əmanət, müqavilədə göstərilən müddətdən əvvəl çıxarıldıqda  faiz ödənilmir.
  •  Əmanətçiyə plastik kart hədiyyə olunur.

 

Müddət

Faizlər

AZN

USD

EURO

1 il

2 % (illik)

1.5 % (illik)

Razılaşma

 

 

 

 

 

Əmanətin şərtlərinə görə, manatla 500 min deposit yerləşdirənlər illik 2 faiz gəlir əldə edə bilərlər. Premium Banka yarım milyon dollarını əmanət edənlər illik 1.5 % gəlir alacaqlar. Avro üzrə faizlər isə razılaşdırma yolu ilə həyata keçirlir (?). Maraqlıdır, bu deposit məhsulunun

https://www.banksilkway.az/az/for-life/deposits/classic-aman-t/   neçə müştərisi var?! 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department