MALİYYƏ

“Bitcoin”in qiyməti “Mastercard”ın açıqlamasından sonra yeni rekord qırdı

“Bitcoin”in qiyməti “Coindesk” onlayn-birjasının məlumatlarına görə, tarixi maksimumunu bir daha yeniləyib. Belə ki, cümə axşamı günü kriptovalyutanın dəyəri 48 316 dollara yüksəlib.

ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Mütəxəssislər bu artımı “Mastercard”ın 2021-ci ildə kriptovalyuta qəbul etməyə başlayacağı ilə bağlı verdiyi açıqlamadan sonra baş verdiyini qeyd edirlər. Üstəlik, “bitcoin”in bahalaşmasına təsir göstərən amillərdən biri də “Tesla”dır. Xatırladaq ki, daha əvvəl avtomobil şirkətinin “bitcoin”ə 1.5 milyard dollar sərmayə qoyması məlum olmuşdur.

“Mastercard və BNY Mellon tərəfindən verilən açıqlamalar əsas dəyişikliyə işarə edir”, – deyə “Oanda”nın analitiki Ed Moya söyləyir. O, baş verənləri “kriptovalyutaların tanınması baxımından mühüm xəbər” adlandırıb.

Bununla yanaşı, skeptiklər “bitcoin”in tarixin ən böyük “köpüyü”nə çevrilməsindən ehtiyat edirlər. 2008-ci il maliyyə böhranını proqnozlaşdıran amerikalı iqtisadçı Nuriel Rubini “bitcoin”ə sərmayəni pisləyir. Onun fikrincə, “bitcoin köpüyü” 2017-ci ildə olduğu kimi bu dəfə də partlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)