Sənaye

“Neftdən imtina etmək çağırışları mənasızdır” - Vahid Ələkbərov

"Neft məhsulları müasir dünyanın təməlidir. Neftdən imtina etmək vaxtı hələ çatmayıb".

ENA.az “Kommersant”a istinadla xəbər verir ki, əslən azərbaycanlı olan “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bu fikirləri şirkətinin sosial şəbəkə hesablarında paylaşılan videomüraciəti zamanı səsləndirib.

“Lukoil” rəhbəri bildirib ki, hazırda neftdən geyim, mebel, dərman, elektronika istehsalında istifadə olunur.

“Neftdən imtina etmək çağırışları mənasızdır. İnanın ki, hələ vaxtı çatmayıb”, - deyə V.Ələkbərov qeyd edib. O, şirkətinin tezliklə müasir dövrün tələblərinə cavab verən yeni inkişaf strategiyasını təqdim edəcəyini də bildirib.

Xatırladaq ki, pandemiya bütün neft şirkətləri kimi, “Lukoil”i də hasilatı azaltmağa vadar edib. Şirkət həmçinin neft məhsullarının emal həcmini də aşağı salıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)