Azərbaycanda 13 milyon manata yaxın nizamnamə kapitalı olan şirkət bağlanır

"Krosvey" MMC ləğv olunduğunu elan edib.
ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin də rəhbərliyində təmsil olunub.