ENA+

Türkiyəyə ötən il ən çox yatırım edən ölkə açıqlanıb

Ötən ilin yanvar-noyabr ayları ərzində xarici sərmayədarlar Türkiyəyə 4,642 mlrd. ABŞ dolları həcmində yatırım ediblər.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.

Qeyd olunub ki, İtaliya ötən ilin 11 ayında Türkiyədə 970 mln. dollar, ABŞ – 783 mln. dollar, Niderland isə 491 mln. dollar sərmayə yatırıb. Xarici investorların bölgüsünə baxdıqda, ümumilikdə, Avropa regionu 3,285 mlrd. dollarla birinci yerdə qərarlaşıb ki, bu da göstərilən dövrdə ümumi xarici investisiyaların 70,8%-ni təşkil edir. (Apa)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)