London Fond Birjası Avropada liderliyi əldən verib
Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit") prosesinin yekunlaşması bu ölkənin London Fond Birjasının qitədəki liderliyini əldən verməsilə nəticələnib.
ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar ayında İngiltərə birjasında 8,6 milyard avro dəyərində əməliyyat reallaşdırılıb. Bu baxımdan maliyyə qurumu aylıq dövriyyəsi 9,2 milyard avro olmuş Amsterdam Fond Birjasından geri qalıb. Yeri gəlmişkən, 2-ci ötən ay birja əməliyyatlarının dəyərini əvvəlki aya nisbətən təxminən 4 dəfə artırıb.
Xatırladaq ki, "Brexit"lə əlaqədar bu ildən Avropa İttifaqında fəaliyyət göstərən investorlara London Fond Birjasında əməliyyat aparmağa icazə verilmir. Söhbət əsasən, "Airbus", "BNP Paribas" kimi emitentlərinin səhmlərinin alqı-satqısından gedir. Odur ki, İngiltərə birjasının gündəlik səhm dövriyyəsi 6 milyard avro azalıb.