Avtomobil

Ford Fransada istehsalını dayandıracaq

Avtomobil nəhəngi Ford, Fransada Blanquefortda yerləşən zavodunu Avqust ayında bağlayacağını açıqlayıb. 


Mütəxəssislər, 850 nəfərin işsiz qalacağını və bu vəziyyətin bir müddətdir ölkədəki nümayişlər ucbatından sıxıntıda olan Makronu daha da çətin vəziyyətə salacağını qeyd edirlər.

Ford qərarı, şirkətin Strasburq şəhərindəki avtomobil yan sənaye təşkilatı "Punch Powerglide" ilə razılaşa bilmədikdən sonra verib. Ford-dan verilən açıqlamada, "Son doqquz ay ərzində və hər iki tərəfin səylərinə baxmayaraq, ortaya qoyulan plan əhəmiyyətli risklər ehtiva edir" ifadəsi işlədilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)