Bank

Öz pullarını risk altında qoyan banklar hansılardır? – 26 BANKIN RENKİNQİ

Banklar kreditləşməni həyata keçirmək üçün daha çox əmanətçilərdən cəlb etdiyi müddətli vəsaitlərdən istifadə edirlər. Bu isə bəzi banklarda ciddi problemlər yaradır. Ona görə də bankların kreditləşməyə yönəltdikləri pulların mənbəyini çoxaltmaları mühüm əhəmiyyət daşıyır.

ENA.az 2020-ci ilin nəticələrinə görə, Azərbaycan banklarında müştərilərə verilən borc kreditlərində əhalidən alınan borc əmanətlərinin payını təhlil edib.

100%-dək

Cədvələ əsasən demək olar ki, depozitlərin kreditlərə nisbəti 100%-dək olan bankları bir qrupa, 100%-dən çox olanları isə başqa qrupa aid etmək olar. Beləki, nisbət 100%-dək olanlar verilən kreditlərdə depozitlərin payını əhatə edir. Məsələn, Unibankın  91% göstərici nümayiş etdirməsi o deməkdir ki, kreditlərin 91%-i depozit portfeli əsasında formalaşıb. Cəlb olunmuş depozitlər heç də bütövlükdə kreditləşməyə, başqa sözlə daha çox riskli sahələrə yönəldilməyib. Ola bilər ki, qiymətli kağızlarda, müxbir hesabda saxlanılır, yəni kredit portfeli diversifikasiya edilib. 

100%-dən çox!

Kreditlərin həcminin depozitlərin həcminə bölünməsi nəticəsində 100%-dən yuxarı nisbət olarsa, o deməkdir ki, bankın cəlb etdiyi depozitlərin həcmi bankın kreditlərinin həcmindən azdır. Yəni bank kreditləşmə üçün kifayət qədər depozit portfelinə malik deyil. Buna görə də ya öz kapitalını da kreditləşməyə yönəldib, ya da əlavə borclanmaya gedərək kreditləşməni həyata keçirib. Bankın öz vəsaitini də kreditləşməyə yönəltməsi isə bankın kapitalını risk altında qoyması deməkdir.

Bankın kapitalı onun ehtiyatıdır və bu vəsaitə yanaşma xüsusi önəm daşıyır. Məsələn, bazarda əlverişsiz şərait yaranarsa, tutaq ki depozitlər geri çəkilərsə, kreditlərin dəyərsizləşməsi baş verərsə, bank öz vəsaiti - kapitalı hesabına  həmin itkiləri qarşıla bilər. Məsələn, Bank of Bakunun kreditlərinin depozitlərə nisbəti 123%-dir. Bankın kredit portfeli 239 milyon manat, depozitləri 193 milyon manatdır. Cəmi aktivləri isə 409 milyon manat təşkil edir. Demək, bank üzərinə daha çox risk götürərək, depozit portfelindən başqa öz vəsaitlərini də kreditlərin verilməsinə cəlb edib.

TOP-5

100% nisbətini ötən bank üzrə TOP-5 sırasına VTB Azərbaycan, Bank Avrasiya, Günaybank, Expressbank, BTB ASC öndədir.

Ümumilikdə 26 bankdan 12-də kreditlərin depozitlərə olan faiz nisbəti 100%-i üstələyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)