Gömrük daha az vergi və rüsumlar toplayıb
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 282 mln 736,5 min manat təşkil edib.
ENA.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% azdır.
Bu ilin ilk ayında gömrük rüsumları üzrə daxilolmalar 8,6 % azalaraq 77 mln 124,7 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 17,9 % azalaraq 193 mln 741,1 min manat, aksizlər üzrə daxilolmalar 5,9 % azalaraq 9 mln 107,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 19,3 % azalaraq 2 mln 763,6 min manat olub.